XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2015 - 10:39

“ASAN xidmət” bayram günləri işləməyəcək

ASAN.jpg

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ilə əlaqədar bütün “ASAN xidmət” mərkəzlərində 31 dekabr – 4 yanvar tarixlərində qeyri-iş günü olacaq.

“ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən xəbərə görə, 5 yanvar tarixindən etibarən isə  vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.