XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

09 Oktyabr 2017 - 12:19

Məleykə Abbaszadə:“Valideynlər ödənişli ixtisaslarda  oğlanların oxumasına üstünlük verir”

“Son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanlarında olan gender bərabərliyində dəyişikliklər baş verib”.

 Dövlət İmtahan Mərkəzinin Direktorları Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, qəbul və buraxılış imtahanlarında hər bir fənn üzrə qızların orta statistik nəticələri oğlanlara nisbətən daha çoxdur.

 Onun sözlərinə görə, müəyyən müddət öncə ən yuxarı və ən aşağı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edib. Lakin son 10 ildə bu tendensiyanın dəyişdiyini deyən M.Abbaszadə qeyd edib ki, artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb: “Gender bərabərliyi humanitar və texniki sahələr üzrə də  bölünüb. Elə ki, qızlar humanitar və oğlanlar isə texniki sahələrə daha çox üstünlük verib. Ötən 10 il Azərbaycanda bu tendensiya da dəyişib. 2016-cı ildə buraxılış imtahanlarının nəticələrinə əsasən elə universitetlər var ki, orada oğlanlar üstünlük təşkil edir. Məsələn, Azərbaycan Texniki Universiteti tələblərinin 79%-i oğlanlar, 20%-i qızlardır. Azərbaycan Dövlət Dəniz Akademiyasına ötən il 308 oğlan, 1 qız qəbul olub. Həmin ali məktəb yalnız oğlanlar qəbul edir, orada təhsil almaq istəyən qız isə ərizə yazaraq orada təhsil alır. Ölkədə magistraturaya daha çox xanımlar gəlir. Rezidentura pilləsində-tibb sahəsində qızların sayı kifayət qədər çoxdur. Qızlar müəyyən ixtisasları seçmir, məsələn hər il həkim-narkoloq ixtisasında yerlər boş yer qalır. Oğlanların isə müvafiq balı çatmadığından bu yerləri seçə bilmirlər. Ali məktəblərin dövlət sifarişli yerlərinə qızlar daha çox qəbul edilir. Amma ödənişli ixtisaslara daha çox oğlanlar qəbul olunur. Həmin balla qızlar orta ixtisas təhsili müəssisələrində təhsil alırlar. Bu da ailələrin təsiridir, çünki onlar ödənişli ixtisaslarda qızlara nisbətən oğlanlarının təhsil almasına üstünlük verirlər”.