XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2015 - 12:12

İntihar edən Elşən Sadıqov kimdir? – İcra Hakimiyyətindən açıqlama

“İntihar edən Elşən Sadıqov İcra Hakimiyyətinin başçısının köməkçisi deyildi. O, 2 ay idi ki, İcra Hakimiyyətində işləyirdi”.

Bunu musavat.com-a açıqlamasında Masallı rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Nəsir Muxtarlı İcra Hakimiyyətinin əməkdaşının vəfat etməsinə münasibət bildirərkən deyib. 

N.Muxtarlı E.Sadıqovun intihar etmədiyini, onun ürək tutmasından vəfat etdiyini bildirdi: “Elşən dünən işdə olub. İşdən sonra da evə gedib. Dəfn mərasimində də iştirak etmişik. Atası dedi ki, evdə ürək tutmasından vəfat edib. Onun intihar etməsi üçün heç bir əsas yox idi. Atası Etibar Sadıqov iş adamıdır”.

Vəfat edən E.Sadıqov son 2 ayda İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi işləyirmiş.

4 ay əvvəl ailə həyatı quran 30 yaşlı E.Sadıqov İcra Hakimiyyətində çalışdığı müddətdə nizam-intizamı ilə seçilib. 

“Elşən iş yoldaşları ilə yaxşı münasibəti olan insan idi. İki ay müddətində nizam-intizamlı olması ilə seçilib” – deyən N.Muxtarlı bildirdi ki, hazırda İcra Hakimiyyətində icra başçısının köməkçisi vəzifəsini İnformasiya təminatı və təhlili sektorunun müdiri Elvin Fəttayev icra edir.

Qeyd edək ki, E.Sadıqovun intihar etməsi ilə bağlı xəbərlər yayılıb.