XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Oktyabr 2017 - 10:57

I-VI sinif şagirdləri profilaktik müalicə tədbirlərinə cəlb ediləcək –Nazir əmr imzaladı

Azərbaycanda I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

Bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmr imzalayıb. 

Sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya SəhiyyəTəşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.

Əmrə əsasən 15 oktyabr-15 noyabr tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

Sənəddə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilatı işlərin görülməsi tapşırılır/Report.