XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

02 Mart 2015 - 18:58

İcra başçısı piyada yolları və səkiləri satışa çıxarıb – FOTOLAR

Sumqayıtın icra başçısı Eldar Əzizovdan narazılıq davam edir. İcra başçısının şəhərin müxtəlif ərazilərindəki boş yerlərini “satışa çıxarması” sakinlərin narazılığı ilə qarşılanıb.

Mia.az-ın məlumatına görə, sakinlər artıq şəhərdə boş yerin qalmadığından hiddətləniblər. Bu barədə redaksiyamıza müraciət edən Sumqayıt sakinləri bildirirlər ki, Eldar Əzizovun şəhərə başçı təyin olnmasından bəri şəhərdə bütün boş ərazilər satılıb. İş o yerə çatıb ki, icra başçısı küçə və xiyabanlardakı yerləri “hədiyyə etdikdən” sonra səkilərə keçib. Məsələn, 36-cı məhəllədə yerləşən ASAN xidmətin ətrafındakı piyadaların keçməsi üçün nəzərdə tutlan səkilər satılıb. Yan-yörəsi satılan binanın sakinləri isə evlərinin kəndarından bir başa yola çıxmaq məcburiyyətində qalırlar.

Bu da həmin ərazidən çəkilən fotolardır:

2015-03-02-22-02-08sum-55.jpg (600×450)

2015-03-02-22-02-39sum-57.jpg (600×450)