XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

12 Oktyabr 2017 - 17:46

 “Müsəlman ermənilər” kitabının təqdimatı keçirilib –FOTO

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) mərkəzin daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi, araşdırmaşı-jurnalist Araz Qurbanovun  “Müsəlman ermənilər” – Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı keçirilib.

Strateq.az xəbər verir ki, SAM-ın direktoru Fərhad Məmmədov tədbiri giriş sözü ilə açaraq bildirib ki,  kitab düşmən Ermənistanla informasiya savaşında yeni bir layihənin tərkib hissəsidir və bu, davam edəcək. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Ərəstun Həbibbəyli,  kitabın elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Milli Məclisin üzvü,  AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı, elmi rəyçilərindən tarix üzrə elmlər doktoru,  professor Məhəbbət Paşayeva və müəllif  Araz Qurbanov tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunub. Əsərdə əksini tapmış süni etnosiyasi problemlər, Ermənistanın və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəldilmiş təhdidlər barədə məlumat verilib, onların neytrallaşdırılmasında düzgün və məqsədyönlü təbliğat işinin əhəmiyyəti vurğulanıb.

Strateq.az