XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

13 Oktyabr 2017 - 10:32

İki gün yağış yağacaq –  Hidrometeoroloji Proqnozlar Bürosundan açıqlama

“Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

O bildirib ki, oktyabrın 14-15-də temperatur 2-3 dərəcə artacaq: “Hazırda müşahidə olunan hava şəraiti oktyabrın 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir”. (“Report”)