XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 11:58

Metroda qatarlar pik saatlarda niyə depoya gedir?- Rəsmi

Bakı Metropoliteni sərnişinlərin axşam pik saatda qatarların hansı səbəbdən depoya getməsi ilə sualına cavab verib.

Trend-in məlumatına görə, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, axşam və ya qeyri vaxtlarda qatarların depoya getməsinin 3 planlaşdırılmış səbəbi var: "Depo istiqamətində "Bakmil" stansiyası var və ora da sərnişinlər gedib-gəlir. Digər tərəfdən, texniki təlimata əsasən xətdə istifadədə olan qatarlar müəyyən məsafə qət etdikdən sonra mütləq baxış üçün depoya getməlidir. Pik saatlarda xətdə 30 cüt qatardan istifadə olunursa, qeyri-pik saatlarda 24 cüt qatardan istifadə olunur. Yəni pik saatlarda xətdə istifadə olunan qatarlar qeyri-pik saatlarda xətdən çıxarılaraq depoya göndərilməlidir. Bu 3 səbəb birləşdirilərək gün ərzində depo istiqamətinə 63 qatar gedir. Bunun üçün saytımızda aidiyyatı bölmədə qrafik yerləşdirilib və "Bakmil"ə gedən sərnişinlərin əksəriyyətii bu qrafikdən istifadə edir.

Qeyd edək ki, bu qış qrafikində və iş günləri üçün nəzərdə tutulan qrafikdir. Təbii ki, xətdə hərəkət zamanı nasaz olan qatarın depoya göndərilməsi halları da mövcuddur".