XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 15:15

Beyləqanda nikaha daxil olmaq istəyən 16 nəfərdə talassemiya xəstəliyi aşkarlanıb


Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına əsasən, 2017-ci ilin 9 ayı ərzində Beyləqanda 931 nəfər müayinə olunub.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim hematoloqu Nəzakət Quliyeva AZƏRTAC-a bildirib ki, nikaha daxil olmaq istəyən şəxslər talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçirlər. Bu il aparılan müayinələr zamanı 16 nəfərdə talassemiya, 1 nəfərdə sifilis xəstəliyi aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılıblar. Bununla yanaşı, onlar xəstəxananın həkimləri tərəfindən tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər də alırlar.

Nikaha daxil olmaq istəyən şəxslərə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinə təqdim etmək üçün tibbi arayış verilir.