XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 10:36

Azərbaycana keyfiyyətli dərmanların gətirilməsi  üçün yeni qaydalar hazırlanır –Nazirlik

Azərbaycanda dərman bazarına nəzarəti daha da gücləndirmək, ölkəyə daha keyfiyyətli dərmanların gətirilməsini təmin etmək üçün yeni sənədlər hazırlanır.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, “Bioloji aktiv əlavələrin ekspertizadan keçirilməsi qaydaları” artıq hazırlanaraq aidiyyəti qurumlara göndərilib. Hazırda isə “Dərman vasitələrinin idxalına icazənin verilməsi qaydaları” hazırlanır. Qeyd edək ki, hazırda Azərbaycanda dərman vasitələrinin idxalı və ixracı “Dərman vasitələri haqqında” qanun əsasında həyata keçirilir.

“Lisenziyalar və icazələr haqqında” qanuna əsasən isə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında dərman vasitələrinin Azərbaycan ərazisinə idxalına icazə də öz əksini tapıb.