XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Oktyabr 2017 - 18:38

İşıqlandırma üzrə məşhur yapon dizayneri Bakıya gəlir –FOTO

Yaponiyanın məşhur işıqlandırma üzrə mütəxəssisi, dizayner Daisuke Yano Bakıya gələcək.

Strateq.az xəbər verir ki, məşhur dizayner görüş zamanı yapon texnologiyası ilə yapon düşüncəsinin qarşılıqlı əlaqəsi, yaponların işıq və kölgəni necə qavradıqları haqqında dəyərli fikirlərlər səsləndirəcək, görüş iştirakçıları onun təqdim edəcəyi işıqla bağlı təlimi izləyə biləcək.

 Məşhur yapon işıqlandırma dizayneri olan Daisuke Yano Tokyo "Lighting Design" şirkətinin yaradıcısı və direktorudur. “DSA Dizayn Mükafatı 2016”-nın MÜKƏMMƏLLİK MÜKAFATI qalibi, “Qrafik Dizayn üzrə Mükafat 2016”-da qızıl mükafatla təltif olunan D.Yano öz işləri ilə təkcə Yaponiyada deyil, eyni zamanda bir çox Asiya ölkələrində də məşhurdur. İşləri arasında Honq Konq Beynəlxalq Ticarət Mərkəzi, Sinqapurda "Okean" Maliyyə Mərkəzi və dünyada çox tanınan “Gardens by the Bay” park və əyləncə məkanında illüminasiya, eyni zamanda yapon məbədlərində illüminasiya kimi layihələri misal göstərmək olar.
D.Yano işığı öz istədiyi şəkildə idarə edə bilsə də, hər zaman vurğulayır ki, əsas rolu oynayan işıq yox, işıq vasitəsilə işıqlandırılan obyektdir. O, öz işlərində kölgə vasitəsilə obyektin xüsusiyyətini vurğulayan “yapon üsulu ilə işığın istifadəsi”ni tətbiq edir. 
Oktyabrın 20-də YARAT-da baş tutacaq mühazirə və təlim Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

Strateq.az