XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Oktyabr 2017 - 14:18

Azərbaycana gələn turistlərin sayı artıb- 21 faiz

İlin əvvəlindən bəri Azərbaycana gələn turistlərin sayında 21 faiz artım qeydə alınıb.

Azərtac xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Nazir müavininin sözlərinə görə, bu müddətdə ölkəmizə 2 milyon 71 min xarici vətəndaş gəlib. Xarici turistlər arasında Rusiya, İran və ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir. Artım dinamikası daxili turizmdə də qeydə alınıb. Daxili turizm bu ilin 9 ayı ərzində 20 faiz artıb. Yay aylarında – iyun, iyul və avqustda Azərbaycanın bölgələrində 860 min turist istirahət edib. Daxili və xarici turist sayı 3 milyon nəfərdən çoxdur.