XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 15:39

Qobustandakı ana ölümünün ilkin səbəbiməlum olub

Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.

Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, 1988-ci il təvəllüdlü Günəşli Zümrüdün ölümünə səbəbin ilkin olaraq, doğuşdan sonra baş verən qanaxma olduğu ehtimal edilir.. Ölümün daha dəqiq səbəbi isə tibbi ekstertizanın nəticələrindən sonra bəlli olacaq:

"Meyit patomarfoloji təşrihə verilib. Eskpertizanın rəyi təxminən bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəb məlum olacaq".

S.Məmmədova G.Zümrüdün dördüncü hamiləliyi və doğuşunun olduğunu da söyləyib.