XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2017 - 13:07

Lənkəran Dövlət Universiteti Azərbaycanın dövlət müstəqilliyi gününü qeyd edib –  FOTOLAR

18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyi gününün  bayram sevincini Lənkəran Dövlət Universiteti birgə paylaşıb.

Bu barədə Strateq.az –a LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib.

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında  keçirilən bayram  tədbiri  Azərbaycan Dövlət Himninin ifası ilə başlanıb.  Rəsmi hissədə  LDU-nun  baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov Azərbaycanın dövlət müstəqilliyi günü ilə bağlı geniş məruzə edib.  18 Oktyabr tarixini  Azərbaycan xalqının  şərəf və şöhrət salnaməsi adlandıran, dünyada yaşayan onlarla xalqın  bu gün də müstəqil dövlətlərinin olmadığını, hər bir azərbaycanlı üçün müstəqil  Azərbaycan dövlətinin bayrağı altında yaşayıb işləməyin səadət olduğunu deyən  Kamal Mahmudov xalıqımızın azadlıq mücadiləsində üzləşdiyi çətinliklərdən, gərgin mübarizədən , tökülən qanlardan ətraflı  söz açıb, müstəqil dövlətimizin  keşiyində dayanmağı hər bir azərbaycanlının  şərəf işi adlandırıb, ən ali vətəndaşlıq borcu kimi dəyərləndirib.

Rəsmi hissədən sonra Lənkəran Dövlət Universitetinin professor-müəllim – tələbə heyəti birgə  N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında yazıçı-dramaturq Hafiz Mirzənin “Ay Lolo və ya Moskvalı gəlin “ iki hissəli komediyasına tamaşa ediblər. Respublikanın əməkdar artisti Adil Zeynalovun quruluş verdiyi tamaşada əsas rolları  respublikanın əməkdar artistləri Sucəddin Mirzəyev, Adil Zeynalov, artistlərdən Səyad Əliyev, Təranə Fərəcova, Şəbnəm Hüseynova və başqaları ifa ediblər. Tamaşa  izləyicilər tərəfindən alqışlarla qarşılanıb və aktyorlara təzə-tər çiçəklər təqdim edilib.

 Sonda  LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  maraqlı tamaşaya  və gözəl aktyor oyununa görə  teatr kollektivinə minnətdarlıq bildirib.