XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 07:51

““Donuz qripi” ilə əlaqədar şübhəli hal qeydə alınmayıb” – Səhiyyə Nazirliyi

“”Donuz qripi” (A/H1 N1-red.) ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal qeydə alınmayıb”.

Bunu apa.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Raqif Abdullayev deyib.

O bildirib ki, “Qaynar xətt”ə “donuz qripi” ilə bağlı müraciət daxil olmayıb.

R. Abdullayev qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin “donuz qripi” ilə bağlı imzaladığı əmr qüvvədədir:

“Donuz qripi” təhlükəsinə görə nəzərdə tutulmuş tədbirlər tərəfimizdən həyata keçirilir”.

Qeyd edək ki, ötən il İranda 33, bu il isə Türkiyədə 3 nəfər “donuz qripi” epidemiyası nəticəsində həyatını itirib.