XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 10:46

Bakı Ali Neft Məktəbində gələcəyin ixtisası tədris edilir –FOTO

Bakı Ali Neft Məktəbində (BANM) indiki və gələcək dövrün ən tələbatlı ixtisası – Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi tədris edilir.

Ali Məktəbdən Strateq.az-a verilnə məlumata görə, məhz bu ixtisas orada təhsil alan tələbələrin bilik və intellektual səviyyəsinə görə ölkədə birinci yerdədi.

Belə ki, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarından Azərbaycan üzrə 700 bal toplayan 15 tələbənin 7-si BANM-i, onların da 5 nəfəri ixtisas olaraq məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyini seçib. Prezident təqaüdçülərinin sayına görə ölkədə II yeri tutan BANM-də 24 nəfər Prezident Təqaüdçüsü təhsil alır ki, onlardan 21-i məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyinin tələbələridir.

Həmin ixtisasa bu il 12-si qız, 28-i oğlan olmaqla 40 nəfər tələbə qəbul edilib. İxtisas üzrə minimal keçid balı 685, maksimal bal 700, orta bal isə 691 bal olub.

Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələri üzərindən keçirdiyi nəzarət tədbirlərinə görə Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası ilin ən nüfuzlu ixtisası kimi qiymətləndirilib.

Proseslərin Avtomatlaşdırılması Mühəndisliyinin 2013-2017-ci illər üzrə orta bal dinamikasını təqdim edirik.

İllər                                  orta bal

2013                                669

2014                                684

2015                                685

2016                                681

2017                               691