XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

23 Oktyabr 2017 - 13:03

Sabaha olan hava proqnozu –Bakıda 20 dərəcə isti olacaq, rayonlarda yağış yağacaq

Oktyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.  Şimal-şərq  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.  ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  17-20° isti, Bakıda gecə  11-13°, gündüz  18-20° isti olacağı gözlənilir.

 Atmosfer  təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək.  Nisbi rütubət   gecə 75-85 %, gündüz 55-65 %  olacaq.  Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək.

 Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.