XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Oktyabr 2017 - 15:05

Ölkədə bəzi Olimpiya komplekslərinin tikintisi  dondurulub –Nazir “pul olsa inşa edərik” dedi

“Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası maliyyə məsələləri üzündən dondurulub”.

Bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir: "Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik".

Əvəzində A.Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini vurğulayıb: "Bu il Ağcəbədi və Abşeronda iki kompleks açılışa hazırdır. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni, komplekslər hissə-hissə açılır".