XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 16:03

Bu il Azərbaycanda 3107 zəlzələ baş verib –FOTO

Bu il yavarın 1-dən indiyədək olan dövr ərzində Azərbaycan və ona bitişik ərazilərdə 5051 təkan qeydə alınıb.

Trend-in məlumatına görə, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. O, əlavə edib ki, bu il ərzində təkcə Azərbaycan ərazisində 3107 yeraltı təkan baş verib.

Onun sözlərinə görə, bu il ərzində baş verən zəlzələlərin 22-si hiss edilən olub. Q.Yetirmişli qeyd edib ki, 2017-ci il ərzində Şamaxı-İsmayıllı, Talış dağları ərazisi və Xəzər dənizi seysmik baxımından aktiv olub.