XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2016 - 12:21

Dərman bazarında son vəziyyət – Səhiyyə Nazirliyindən açıqlama

“Bir sıra kütləvi informasiya vasitələrində il boyu müxtəlif səbəblərdən ləğv edilmiş (qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş və s.) dərman preparatlarının siyahısını yerləşdirilib. Bu da əhali arasında çaşqınlığa səbəb olub”.

Bu barədə Azərtac-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, qadağan edilmiş seriyalardan olan dərman preparatları vaxtaşırı aptek şəbəkələrindən çıxarılır. Dərman bazarında vəziyyət stabildir. Dərmanların keyfiyyətinə və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzindədir.