XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 18:20

Koreyalı həkimlər məcburi köçkünlərə tibbi yardım göstərir –SEBA növbəti layihəyə start verib

Koreya Respublikasının Azərbaycandakı səfirliyi və SEBA (Seul-Bakı) – Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Azərbaycanda məcburi köçkünlərə dəstək layihələrini davam etdirir.

Koreyanın ölkəmizdəki səfirliyindən Strateq.az saytına bildiriblər ki, bu gün Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində məcburi köçkünlər üçün tibb məntəqəsi və poçt binasında könüllü tibbi xidmətə start verilib. Koreya səfirliyinin təşkilatçılığı ilə Koreyanın “Jaseng Şərq Təbabəti Klinika”sının təşkil etdiyi üç həkim tərəfindən tibbi yardım göstəriləcək. Həkimlər gün ərzində 100 nəfərə yaxın xəstəni müalicə edəcək.

Zəngilan rayonu köçkünlərinə spinal disk, degenerativ disk, stenoz, spondilistez, boyun diski, diz dejenerativ artriti, kürək (çiyin) xəstəlikləri, çənə oynağı və s. xəstəliklər üzrə tibbi yardım edilib. Bununla yanaşı, Masazır qəsəbəsində Samsung Engineering tərəfindən təmir olunmuş uşaq oyun avadanlıqlarının açılış mərasimi keçirilib.

Layihə çərçivəsində Masazır qəsəbəsinin 33 nömrəli orta məktəb şagirdlərinin arasında “Koreya şagirdlərin gözü ilə” inşa müsabiqəsi keçirilib və qaliblərə mükafatlar verilib.  Tədbirdə Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov,  Azərbaycan Respublikasi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov iştirak edib.

Oktyabrın 25-26-sı Xocavənd rayonun Mərkəzi Xəstəxanasında da bu cür tibbi dəstək Xocavənd məcburi köçkünləri üçün təşkil olunacaq.

Strateq.az