XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

26 Oktyabr 2017 - 12:22

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı təsdiqlənib- SİYAHI

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.
 
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.
 
O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: ““Zaryadka” – “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” – “qadağa”, “evakuasiya” – “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” – “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib”.
 
Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova qeyd edib ki, kompyuter “mouse”-nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif edilir.