XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 22:40

“Avtobusda gediş haqqı artırılmayacaq” –BNA-dan açıqlama

Bakı Nəqliyyat Agentliyi (BNA) müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı tariflərinin artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BNA-dan verilən məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır:

"Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil".