XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 09:44

Metropolitendən sərnişin sıxlığı barədə açıqlama-Depoda problem yaranıb

Səhər saatlarında Bakıda metroda qatarların hərəkətində gecikmələr yaranıb. Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, qtarların qrafikindəki gecikmələr və sərnişin sıxlığı depoda yaranmış texniki problemlə əlaqədar olub.

N.Paşayev Trend-ə deyib: "Səhər tezdən qatarların depodan xəttə qəbul edilməsində problem yaşandı. Yəni xəttə kifayət qədər qatar qəbul edə bilmədik. Ona görə də stansiyalarda sərnişin sıxlığı yarandı. Səhər saat 7-dən sonra artıq xəttə qatarların tam hərəkətini bərpa etdik. Buna baxmayaraq sərnişin sıxlığı var idi".

Onun sözləırinə görə, hazırda qatarların qrafiki bərpa olunub, yaxın dəqiqələrdə stansiyalardakı sərnişin sıxılığı da tam aradan qaldırılacaq.