XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 12:53

Azərbaycanda həftə sonuna olan hava proqnozu açıqlanıb

Azərbaycanda bu həftə sonuna olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında səhər saatlarında bəzi yerlərdə zəif duman çiskin olacaq: “Paytaxt və yarımadada gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ölkə ərazisində isə cənub-qərb küləyinin üstünlüyü müşahidə olunacaq, bəzi rayonlarda yağış yağacağı gözlənilir. Sabah havanın temperaturunun günorta saatlarında Bakıda 18-23, Mərkəzi Aran rayonlarında 18-23, dağlıq rayonlarda 13-18 dərəcə isti olacağı gözlənilir”.

Onun sözlərinə görə, bazar günü, oktyabrın 29-da gün ərzində hava şəraitinin əsasən sabit və yağmursuz keçəcəyi gözlənilir: “Bazar günü ölkə ərazisində cənub-qərb küləyinin üstünlüyü müşahidə olunacaq”.