XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

27 Oktyabr 2017 - 15:45

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı məlum oldu –Nazir açıqladı

 "Bu günə qədər 150 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əməkhaqqı 465 manat təşkil edib".

"Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərin dövlət təltiflərinin təqdimetmə mərasimində çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir: "Bunun üçün distant ixtisasartırma proqramı hazırlanaraq tətbiq edilməlidir".

M.Cabbarov qeyd ki, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı artır: "Bu il 500-dən çox bal toplayan 1359 nəfər müəllimlik ixtisasını seçib".