XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 October 2017 - 19:42

Qanunsuz fəaliyyət göstərən daş karxanalarının işini polis araşdıracaq –Nazirlik

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisindəki daş karxanalarının yerin təkindən qanunsuz istifadəsinə görə polisə müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib. Qeyd olunub ki, həmin daş karxanalarının əməlləri cinayət tərkibi yaratdığı üçün polisə müraciət edilib: "Müraciət qum-çınqıl daşınması və daş karxanalarının qanunsuz istifadəsi ilə bağlıdır. Bununla bağlı 5 iş artıq araşdırılmaq üçün polisə təqdim olunub".

Nazirlikdən deyilib ki, 2015-ci ildə qurum yerin təkindən qanunsuz istifadəyə görə prokurorluğa 22 iş göndərib.