XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

28 Oktyabr 2017 - 12:07

Bakıda ət dükanlarında reyd keçirilib- DİN

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 27-də paytaxtın Xətai və Yasamal rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər.

Bu barədə Trend-ə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, reyd zamanı bir neçə mağaza sahibi – Yasamal rayonu ərazisində Bəhmən İmanov, Xətai rayonu ərazisində Sərxan Bayramov və İlqar Baxışov ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyin tələblərini, habelə Yasamal rayonundakı mağazanın sahibi Ramiz Nəsibov küçə ticarəti qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.