XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

30 Oktyabr 2017 - 00:02

Canavarlar kəndə hücum etdi –Göyçayda + VİDEO

Göyçayda kəndə hücum edən canavarlar 4 baş qoyunu parçalayıb.

Hadisə ötən gecə Göyçayın Çaxırlı kəndində baş verib.

Kənd sakini Eldəniz Abdullayevə məxsus tövləyə girən canavarlar 20 baş xırda buynuzlu heyvandan 4-nü parçalayıb, 1-ni isə yaralayıb.

Yaralı qoyun baytarların nəzarətinə götürülərək müalicə olunur. Ölən heyvanlar isə dezinfeksiya edilərək torpağa basdırılıb.

Sakinlərin sözlərinə görə, bu, vəhşi heyvanların kəndə ilk hücumu deyil. Əvvəllər də yırtıcılar bir neçə dəfə heyvanları və ev quşlarını tələf ediblər.

Kənddə heyvandarlıqla məşğul olan fermerlər vəhşi heyvanların hücumundan qorunmaq üçün ov tüfəngindən istifadəyə icazə verilməsini istəyirlər/XəzərTV.