XƏBƏR LENTİ

12 Dekabr 2019

Digər Xəbərlər

30 Oktyabr 2017 - 12:48

Sabaha olan hava proqnozu –Bakıda 21 dərəcə isti olacaq

Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

 Arabir güclənən şimal-qərb küləyi  gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 14-17° isti, gündüz  18-22° isti, Bakıda gecə  15-17°, gündüz  19-21° isti olacağı gözlənilir.

 Atmosfer  təzyiqi normadan aşağı 749 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə  60-70 %, gündüz  45-55 % olacaq.  Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  10-15°, gündüz  18-23° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.

Oktyabrın 31-i axşamdan noyabrın 02-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

 Çaylarda sululuğun artacağı ehtimal olunur.