XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

30 Oktyabr 2017 - 20:21

Ağcabədidə qaz doldurma məntəqəsində partlayış olub –Ölən və yaralananlar var - YENİLƏNİB

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub.

Hadisə rayonun Boyad kəndində baş verib. Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

 Xəsarət alanlar barədə məlumat yoxdur.

***

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Boyad kəndində baş verib.

İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb