XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 12:51

Azərbaycanda işsizlərin ən çox olduğu rayonlar –SİYAHI

Son iki ildə Azərbaycan iqtisadiyyatında baş verən ciddi dəyişikliklərə, o cümlədən iqtisadi problemlərə, bəzi müəssisələrin öz fəaliyyətini dayandırmasına və əksinə, yeni müəssisələrin fəaliyyətə başlamasına baxmayaraq, Azərbaycanda işsizlərin sayı ilə bağlı rəsmi göstəricilər, demək olar ki, dəyişməz qalıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, oktabrın 1-nə ölkədə 36,7 min nəfər rəsmi olaraq işsiz statusu alıb. Onların təqribən yarısı 17,4 mini Bakıda, qalanı isə bölgələrdədir.

İşsiz kənd və şəhərlər

DSK-nin hesabatları ölkədə işsizliyin xəritəsinə nəzər salmağa imkan verir və burada gözlənilməz nəticələr ortaya çıxır.

Belə ki, ölkədə Bakıdan sonra ən çox işsizin olduğu bölgələr Bərdə və Mingəçevirdir. Qeyd edək ki, hər iki bölgə iqtisadi potensialı böyük olan rayon və şəhərlərdən sayılır. Bərdədə böyük aqrar təsərrüfatlar var, Mingəçevirdə isə ölkənin ən böyük sənaye parkı tikilir. Buna baxmayaraq, Bərdədə 1727, Mingəçevirdə isə 1563 rəsmi işsiz var. Bu göstəricilərə görə, Bərdə və Mingəçevir ölkənin ikinci və üçüncü böyük şəhərləri sayılan Sumqayıt və Gəncəni də geridə qoyublar. Belə ki, Sumqayıtda 1067, Gəncədə 889 rəsmi işsiz var.

Köçkün rayonlarda işsizlik

 

İşsizlərin sayına görə sonrakı yerləri məcburi köçkün rayonlar – Kəlbəcər və Ağdam tutur. Kəlbəcərdə 885, Ağdamda isə 738 rəsmi işsiz var.

Maraqlıdır ki, işsizlərin sayının çox olduğu rayonlar arasında iri sənaye müəssisələri və turizm potensialı olan rayonlar da var. Bunlar Abşeron (565), Göyçay (614), Hacıqabul (574), Şirvan (539) və Qubadır (503).

DSK-nin məlumatına görə, ən çox rəsmi işsizin olduğu rayon və şəhərlər bunlardır:

 

Bakı – 17 422

Bərdə – 1727

Mingəçevir – 1563

Sumqayıt – 1067

Gəncə – 889

Kəlbəcər – 885

Ağdam – 738

Göyçay – 614

Hacıqabul – 574

Abşeron – 565

Şirvan – 539

Qazax – 531

Quba – 503

 

Ən az işsiz olan rayonlar

Statistik göstəricilər ölkədə ən az işsizin olduğu rayonları da aşkar edib. Doğrudur, bu göstəricilər yalnız rəsmi işsiz statusu alanlara aiddir. Rəsmi statusu olmayanlar isə bu hesabatda görünmür.

Beləliklə, hazırda ölkədə ən az işsiz Daşkəsəndədir – cəmi 7 nəfər. İşsizlərin az olduğu ikinci rayon Füzulidir – 21 nəfər. Xocalıda 31, Xocavənddə 45, Şuşa rayonunda isə rəsmi göstəricilərə görə 49 işsiz var. İşsizlərin sayına görə sonrakı yerləri Naftalan – 50 nəfər, Lerik və Ucar – hərəyə 52 işsiz və Zərdab – 55 işsiz tutur. Qobustanda isə cəmi 62 işsiz qeydiyyata alınıb.

DSK-nin məlumatına görə, ən az rəsmi işsizin olduğu rayon və şəhərlər bunlardır:

Daşkəsən – 7 nəfər

Füzuli – 21 nəfər.

Xocalı – 31 nəfər

Xocavənd – 45 nəfər

Şuşa – 49 nəfər

Naftalan – 50 nəfər

Lerik – 52 nəfər

Ucar – 52 nəfər

Zərdab – 55 nəfər

Qobustan – 62 nəfər

Ümumiyyətdə, DSK-nin məlumatlarına görə, ölkədə 17 rayonda işsizlərin rəsmi sayı 100 nəfəri keçmir. (Fed.az)