XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 14:37

Ər böyrəyini ona vermiş arvadını ATDI

arvad.jpg

Böyük Britaniyada öz böyrəyini ərinə verərək onu ölümdən qurtaran qadın gözləmədiyi situasiya ilə üzləşib.

“Strateq.az” bildirir ki, arvadının böyrəyi köçürülmüş xəstə ər sağalan kimi həyat yoldaşı Samanta Lembdən ayrılıb. “Bu mənim üçün gözlənilməz oldu. Əgər belə olacağını bilsəydim böyrəyimi ona heç vaxt verməzdim. Ona nifrət edirəm. Mən böyrəyimi geri qaytarmaq üçün müraciət edəcəyəm”-deyə çaşqın qadın bildirib.

2007-ci ildə evlənən cütlük normal həyat yaşayıb. “Bəzən Endinin hərəkətləri adamı bezdirsə də amma ciddi problemlərimiz olmayıb”- deyə Samanta vurğulayıb.

“Endi qəfildən xəstələndi. O dəhşətli dərəcədə panikaya düşmüşdü. Mən onun çəkdiyi ağrıları aradan qaldırmaq üçün bir böyrəyimin ona köçürülməsinə razılıq verdim”.

Əməliyyatdan sonra sağlamlığı bərpa olunan əri qəfildən arvadına daha birgə yaşaya bilməyəcklərini deyib. Samanta hesab edir ki, əri onun rəfiqəsi Kler ilə eşq məcarası yaşayıb və bütün baş verənlər ona görədir. Qalmaqaldan sonra Endi evdən gedib. “Mənim indi ancaq bir istəyim var. Tezliklə boşanmaq”.

Əri isə arvadına xəynət etməsi barədə deyilənləri rədd edib. “Düzdür, mən əməliyyadan sonra arvadımı atdım. Amma bu xəyanətə görə olmayıb. Heç vaxt istəməmişəm ki, Samanta mənə görə fədakarlıq etsin. O israr elədi. Mən həmişəlik ona borcluyam. Samantanı sevmişəm, ancaq bizim münasibətlər alınmadı. Onun ailəsi mənə çox pis yanaşırdı”-deyə əri Endi bildirib.