XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2017 - 12:41

Sabaha olan hava proqnozu –Bakıda 20 dərəcə isti olacaq

Noyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi  gündüz cənub küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz  16-20° isti, Bakıda gecə  8-10° isti, gündüz  18-20° isti olacağı gözlənilir.  Atmosfer  təzyiqi 764  mm civə sütunu təşkil edəcək.

 Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-50 % olacaq.

 Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.   Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəxək. Səhər bəzi yerlərdə duman,  Lənkəran-Astara zonasında çiskin olacaq.  Qərb küləyi əsəcək.  Havanın temperaturunun gecə 5-10°, gündüz  15-20° isti, dağlarda gecə 0-4°, gündüz  6-11° isti olacağı gözlənilir.