XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Noyabr 2017 - 15:24

Bank Ombudsmanı vətəndaşın  dollar borcunu sildirdi –Bankla barışıq sazişi imzalandı - FOTO

2 noyabr 2017-ci il tarixində “Bank Ombudsmanı”nın inzibati ofisində vətəndaş Bağırov Abit Abdulla oğlu ilə fikir ayrılığı yarandığı bank – “Muğanbank”ın katibliyə daxil olan müraciətlərə baxılması və barışıq sazişinin bağlanılması üçün səlahiyyətli nümayəndəsi – Bankın İdarə Heyəti sədrinin hüquq məsələləri üzrə müşaviri Sahib Daşdəmirovun iştirakı ilə görüş keçirilib.

Banklar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı Bank Ombudsmanı öncə tərəfləri dinləyib və fikir ayrılığına səbəb olan məqamları aydınlaşdırıb. Vətəndaşın müraciətinə əsasən, tərəflər arasındakı fikir ayrılığı vətəndaşın banka ABŞ dollarında olan qalıq borcunun olması ilə bağlı yaranıb. Müzakirələrdən sonra bank vətəndaşın səhhətində olan problemləri, şəkərli diabet xəstəsi olmasını, 70 yaşında insult keçirməsini, həmçinin sosial dolanışıq vəziyyətini nəzərə alaraq, qalıq borc məbləğini vətəndaşın xeyrinə tam həcmdə güzəştə getməyə razı olduğunu bildirib.

“Bu razılıqdan vətəndaş həm Bank Ombudsmanı İkram Kərimova, həm də ona bu məbləği güzəşt etmiş “Muğanbank”ın rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. Razılıq əldə olunduqdan sonra, Bank Ombudmanı İ.Kərimovun iştirakı ilə vətəndaş Bağırov Abit Abdulla oğlu ilə “Muğanbank”ın səlahiyyətli nümayəndəsi Sahib Daşdəmirov arasında ilk Barışıq sazişi imzalanıb”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, “Bank Ombudsmanı”nın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 25 bank  və 1 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır.  Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.