XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 Noyabr 2017 - 18:37

Vətəndaşlığı olmayan milyonlarla insanın hüquqları təmin edilməlidir –BMT-dən çağırış

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vətəndaşlığı olmayan, ayrı-seçkilik və təqib edilmələrə məruz qalan milyonlarla insanın fundamental vətəndaşlıq hüququnun təmin edilməsi üçün hökümətlərə çağırış edib.

Bu çağırış təşkilatın beynəlxalq müdafiə söbəsinin rəhbəri Karol Batçelor tərəfindən vətəndaşlığı olmayan şəxslərin sayının azaldılmasına dair 10 illik kampaniyanın 3-cü ildönümü münasibətilə keçirilən tədbirdə dilə gətirilib.

“Myanmada vətəndaş sayıla biləcək şəxslərə dair milli qanunlar var. Bu qanunda Rohinca yer almır. Buna görə biz təkcə qaçqın problemini deyil, bu problem meydana çığaran əsas səbəbi də həll etməliyik.” – deyə, Karol Batçelor bildirib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bütün dövlətləri vətəndaşlığı olmayan azlığın yaşayış tələblərini yerinə yetirməyə, uşaqlara doğulduğu ölkənin vətəndaşlığın verilməsinə və ayrı-seçkiliyə səbəb olan qanunların aradan qaldırılmasına çağırıb.

3 il əvvəl başladılan “İBelong” kampaniyasından sonra vətəndaşsızlığın azaldılmasında xeyli irəliləyiş olub. Minlərlə vətəndaşlığı olmayan şəxsə Tayland, Rusiya, Keniya və Qərbi Afrika ölkələrinin vətəndaşlığı verilib. (Amerikanın Səsi)