XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 November 2017 - 00:14

Azərbaycan şahmatçıları Avropa çempionatında Ermənistanı məğlub edib

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının altıncı turu keçirilib.

Kişilərdən ibarət yığmamız Ermənistan, xanım şahmatçılarımız isə Rumıniya millisi ilə qarşılaşıblar. Kişilərdən ibarət yığmamız Teymur Rəcəbov və Rauf Məmmədovun qələbələri sayəsində Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib.  Arkadiy Naydiç rəqibi ilə heç-heçə edib. Şəhriyar Məmmədyarov isə Levon Aronyana uduzub.

Qadınlardan ibarət yığmamız isə Rumıniyaya 1,5:2,5 hesabı ilə məğlub olub. Hazırda ümumi hesabda kişilərdən ibarət yığmamız 9 xalla 3-cü,  qadınlar isə 6 xalla 14-cü pillədə qərarlaşıblar. (APA)