XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

04 Noyabr 2017 - 18:07

Bakının üç rayonunda subasma prosesi aktivləşib- Nazirlik

“Binəqədi I mədən yaşayış sahəsi, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb”.
 
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
O bildirib ki, Sabunçu rayonunda – Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş Karxanası, Zabrat-Məhəmmədi və Savalan subasma sahələri atmosfer yağıntılarının təsirindən aktivləşib.
 
Ekspedisiya rəisi qeyd edib ki, Xəzər rayonu Qala qəsəbəsi subasma sahəsində də aktivləşmə müşahidə olunub.