XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2017 - 12:28

Sabaha olan hava proqnozu –Bakıda və rayonlarda yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, axşam bəzi yerlərdə yağış  yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz  cənub küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 16-20° isti, Bakıda gecə  12-14° isti, gündüz  18-20° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 766  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-55 % olacaq. 

Noyabrın 6-da Azərbaycanın əksər rayonlarında hava şəraiti  əsasən yağmursuz olacaq, lakin səhər və gündüz bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz  16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz  12-17° isti olacağı gözlənilir.