XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2017 - 23:46

Şahmat üzrə Azərbaycan yığması Avropa çempionatının qalibi olub

Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub

Son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 15 xalla yekunlaşdırıb.

Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri keçirilib. Bütün cütlüklər heç-heçə oynayıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı 15 xalla bitirib.

Lakin əlavə əmsalların cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.