XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2017 - 13:25

“Gündə yüzlərlə şikayətlər alırıq, Hesablama Palatası o fondu yoxlamalıdır” –Deputat məsələ qaldırdı

Azərbaycan Hesablama Palatası dövlət büdcəsindən Əmanətlərin Sığortalanmsı Fonduna ayrılan vəsaitin necə xərclənməsini yoxlamalıdır.

"Bu təkliflə deputat Vahid Əhmədov 2018-ci ilin büdcə zərfinin parlamentin 5 komitəsinin bugünkü birgə iclasında müzakirəsi zamnaı bildirib.

"Bank sistemində sağıamalaşmanı görümürük. Kreditlər yenə də 30%-ə yaxın dərəcə ilə verilir, likvidlik və s. problemlər həllini tapmayıb. "Bank Standard"ın bağlnaması ilə 43 min insan problemlə üzləşib, insanlar vəsaitlərini geri ala bilmirlər. İnsanların vəsaitlərini alması üçün Əmanətlərin Sığortalanması Fonduna büdcədən 500 mln. manat ayrıldı. Hesablama Palatasından xahiş edirəm ki, bu pulun necə xərclənməsini yoxlasınlar. Niyə insanların əmanətləri qaytarılmır? Gündə yüzlərlə şikayətlər alırıq", – deyə millət vəkili əlavə edib/Report.