XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 Noyabr 2017 - 12:58

Gövhər Baxşəliyeva:"Yaxşı olardı ki, AMEA əməkdaşlarının məvacibləri artırılsın"

Elm sahəsinə nəzərdə tutulan maliyyə vəsaiti bu illə müqayisədə 4,3 faiz artırılıb.
 
APA-nın məlumatınA görə, bunu Milli Məclisdə komitələrin birgə iclasında aparılan büdcə müzakirələri zamanı deputat Gövhər Baxşəliyeva bildirib. O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarının beynəlxalq əhəmiyyətli tədbirlərinin keçirilməsini xatırladaraq deyib ki, bu tədbirlər üçün də maliyyə vəsaiti nəzərdə tutulmalıdır.
 
G. Baxşəliyeva AMEA əməkdaşlarının maaşlarının azlığından şikayətlənib: “Onların aldığı maaş ürəkaçan səviyyədə deyil. Yaxşı olardı ki, AMEA əməkdaşlarının məvacibləri də artırılsın".