XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

08 Noyabr 2017 - 13:58

“Uber” və qeyri-rezidentlərə məxsus taksi xidmətləri göstərən digər şirkətlərəƏDV tətbiq olunacaq

"Uber" və qeyri-rezidentlərə məxsus taksi xidmətləri göstərən digər şirkətlər vergiyə cəlb ediləcək.

Azərtac "Azərbaycan Banklar Assosiasiyası"na (ABA) istinadla xəbər verir ki, ABA-da "Uber" və qeyri-rezidentlərə məxsus taksi xidmətləri göstərən digər şirkətlərin vergiyə cəlb edilməsi ilə əlaqədar "Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə" ekspert qrupunun növbəti iclası keçirilib. İclasda "Uber" və qeyri-rezidentlərə məxsus taksi xidmətləri göstərən digər şirkətlərə ƏDV-nin tətbiq olunması ilə bağlı yeni qərar bütün banklar və kart prosessinq şirkətləri ilə paylaşılıb və ƏDV-nin tutulması ilə bağlı müvafiq texniki sazlama işlərinin yekunlaşdırılma tarixi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.