XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

08 Noyabr 2017 - 14:34

Məişət zorakılığı qurbanları üçün daha 3 sığınacaq tikiləcək- Azərbaycanda

Gələn il Azərbaycanda məişət zorakılığı qurbanları üçün üç sığınacaq tikilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu 2018-ci il dövlət və icmal büdcənin layihəsinin müzakirələrinin ikinci günündə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, sığınacaqlar Bakı, Lənkəran və Xaçmazda tikiləcək:

“Bakıda artıq beynəlxalq standartlara uyğun tikilmiş 2 böyük sığınacaq fəaliyyət göstərir. Yaxın zamanlarda Bakıda insan alveri qurbanlarına kömək mərkəzi, Göyçayda isə birinci mərtəbədə insan alveri qurbanlarına kömək mərkəzi, ikinci mərtəbədə məişət zorakılığı qurbanları üçün sığınacaq olan bina açılacaq”.