XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2017 - 17:54

Ağciyər Xəstəlikləri İnstitutu ABŞ-ın xəbərdarlığına cavab verdi:“Ölkədə 7 min vərəm xəstəsi qeydiyyatdadır”

“Ölkədə 7 min nəfərə yaxın vərəm xəstəsi qeydiyyatdadır. Onların 3 mindən çoxu yeni xəstədir. Ölüm sayı 2015-ci ildə 100 min nəfərə 4,1 idisə, 2016-cı ildə bu rəqəm 3,8-ə qədər azalıb. Müalicə nəticələri isə yaxşılaşıb.

Bu sözləri Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elm işləri üzrə direktor müavini İradə Axundova media nümayəndələrinə müsahibəsində deyib. Onun sözlərinə görə, həssas xəstələr arasında ilkin xəstələrin sağalma faizi 83, təkrar xəstələrin sağalma faizi 73-dür. Ümumilikdə, son 5 ildə ölkədə vərəm xəstəliyinin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur.

Direktor müavini qeyd edib ki, son beş ildə Azərbaycanda vərəmə yoluxma halları azalmaqdadır. Əgər 7 il öncə 100 000 nəfərə 53,5 xəstə düşürdüsə, 2016-cı ildə bu rəqəm 38,8-dək azalıb: “Dünyada vərəmdən effektiv müalicə alan xəstələrin sayı artmaqdadır. Vərəm və İİV daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Azərbaycan vərəm infeksiyasının aktuallığını saxladığı ölkələrdəndir. Vərəmin müalicəsi formasından asılı olaraq minimum 6 ay, davamlı vərəm infeksiyası hallarında isə maksimum 24 ayadək davam edə bilər”. (Azərtac)