XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2017 - 14:40

Sabiq deputat klinikasını satışa çıxartdı –“Vergilər Nazirliyi imkan vermir”

Keçmiş millət vəkili Nazim Bəydəmirli əsassız yoxlamalara görə sahibi olduğu “Loğmed” klinikasını satışa çıxartmalı olub.

Bu barədə Yenicag.az-a danışan Nazim Bəydəmirli ona məxsus olan “Loğmed” klinikasını satışa çıxartmasını məcburi addım kimi dəyərləndirib: “Loğmed” klinikası bir müddət əvvəl Vergilər Nazirliyi ilə partnyorluq müqaviləsi imzalayıb. Bu müqaviləyə uyğun olaraq, hətta işlərimizin zəif getdiyi vaxtda da borc alıb, vergiləri ödəmişik. Bu gün Vergilər Nazirliyinin əməkdaşları yenə gəliblər, vergi yoxlanışı aparırlar. Onların bu addımı partnyorların bir-birinə inamsızlığını nümayiş etdirməklə yanaşı, həm də iş adamına psixoloji təsir göstərir.

Düzdür, müəssisənin rəhbəri var, ancaq obyektin sahibi mən olduğuma görə qərar verdim ki, müəssisəni bağlayım. Obyekti tamamilə bağlayıram və satışa çıxarıram”.