XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

15 Noyabr 2017 - 14:58

Məktəblərdə bu vəzifələrəvakansiya seçimi başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya mərhələsinə start verilib.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər noyabrın 16-sı saat 23:59:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. 1 namizədə 5 yer seçmək hüququ verilir. Müvafiq vakansiya 2 və daha artıq namizəd tərəfindən seçilərsə, həmin yer üzrə ən yüksək bal toplamış şəxs müsahibə mərhələsinə buraxılacaq.

Qeyd edək ki, 3-4 noyabr 2017-ci il tarixlərində keçirilən test imtahanında təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılmış 498 namizəddən 134 nəfəri keçid balından yüksək nəticə göstərib.