XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 14:14

“Zəlzələ zamanı qaçmaq əvəzinə, olduğun yerdə qorunmaq lazımdır” –Mütəxəssisdən məsləhət

"Zəlzələ baş verən zaman qaçmaq əvəzinə, olduğun yerdə qalıb qorunmaq lazımdır".

Bunu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli deyib.

O bildirib ki, hündürmərtəbəli binalarda yaşayan insanlar qaçmağa çalışmamalıdırlar: "Çünki zəlzələ saniyələr ərzində baş verən prosesdir. Zəlzələ baş verən zaman qaçmaq əvəzinə, olduğun yerdə qalıb, qorunmaq lazımdır, məsələn, qapının ağzında, otağın küncündə, stolun altında gizlənmək daha yaxşı olar. Bunlar olacaq bədbəxt hadisələrin qarşısını yüngül də olsa ala, üzərlərinə düşəcək şeyin təsirini müəyyən qədər azalda bilər".

Mütəxəssis qeyd edib ki, zəlzələ zamanı tikinti qaydalarına riayət olunmayan evlər daha tez dağılır: "Mütləq şəkildə ev tikintisində qaydalara riayət etmək lazımdır ki, bədbəxt hadisələrin təsirini azaltmağa yardım etsin".

T.Məmmədlinin sözlərinə görə, seysmoloji aktivlik olan ölkədə bu istiqamətə yönəlmiş maarifləndirici tədbirlər daim davam etməlidir: "Məsələn, bilmək lazımdır ki, zəlzələ olan zaman qoca və uşaqlara kömək etmək lazımdır. Maarifləndirici tədbirlərin yükü müvafiq qurumlarla bərabər Kütləvi İnformasiya Vasitələrinin də çiyninə düşür, xüsusən də televiziyalarda təbliğat işi daim getməlidir". 

Report