XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

12 Aprel 2015 - 11:30

Məşhur italyan ətriyyatçısı “Lənkəran meşələri” ətir brendini YARADIB – FOTOLAR

lenkaran etir.jpg

Məşhur italyan ətriyyatçısı Mariya Kandida Centilie “Lənkəran meşələri” (Lankaran Forest) adı verdiyi parfümü yaradıb.

“Strateq.az” bildirir ki, məşhur ətriyyatçı ərsəyə gətirdiyi yeni ətirin Azərbaycan mədəniyyətinə həsr edib. Centile yeni brendin Lənkəran meşələrini gəzərkən aldığı zövqün onda yaratdığı hisslərdən qaynaqlandığını deyib.

Bu parfümü talış meşələrinin gözəlliyinə həsr etdiyini deyən Centile gəzdiyi Lənkəran meşələrinin onda böyük təəssürat yaratdığını vurğulayıb.

Tanınmış ətriyyatçı Mariya Kandida Centile “intiutsiyalı parfümer” kimi tanınır. O, müxtəlif sahələr üzrə zövqlə yaratdığı ətirləri ilə məşhurdur. Məsələn, Centile “Barry-Lyndon” parfümünü Stneli Kubrikin filminə həsr edib. “Lady Day” ətrini isə blüzün qara ulduzu Billi Holideyə ithaf edib.

X. SƏFƏRLİlenkaran forest02.jpg