XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

17 Noyabr 2017 - 09:53

Sosial mənzillərin satışa çıxarılacağı vaxt açıqlandı –Mənzil İnşaatı Dövlət Agentliyi

"2018-ci ilin yayında sakinlər ilk sosial mənzillərinə köçəcəklər".

 Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev bu gün keçirilən tədbirdə deyib.

 Onun sözlərinə görə, bir neçə aya mənzillərin satışı ilə bağlı elan veriləcək: "Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşın imzalayacağı müqavilə formasını hazırlayıb. Artıq yeni forma razılaşdırılması üçün Azərbaycan Dövlət İpoteka Fonduna göndərilib. 29 binadan ibarət yaşayış kompleksində mənzillərin sayı 1843-dür. Bir otaqlı mənzillərin sayı 324, iki otaqlı mənzillərin sayı 1052, üç otaqlı mənzillərin sayı 467 olacaq". (Lent.az)